Statistik linqvistik təhlil

sadə (əl) metod (mikrokalkulyator və digər hesablayıcı qurğuların tətbiqi) ilə aparıldığı kimi, həm də EHM köməyi ilə aparıla bilər. Hər bir halda alınmış nəticələr gələcəkdə mühəndis linqvistikasında (maşın tərcüməsində), yaxud alqoritmik sahədə (təlimaparan linqvistik avtomatlar) tətbiq edilə bilər.
Statistik leksikoqrafiya
Statistik linqvistika
OBASTAN VİKİ
Təhlil
Analiz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Analiz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Statistik
Statistika (lat. status "vəziyyət") və ya Ehsaiyyə – insan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı (rəqəmləri) elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan elm. Statistika sözü latınca "status" sözündən gəlmişdir, hərfi tərcüməsi hadisələrin vəziyyəti deməkdir. Bu sözün kökündən "stato" (dövlət), "statista" (statistik — dövlət işlərinin bilicisi) və "statistica" (statistika – dövlət haqqında müəyyən biliklərin, məlumatların cəmi) sözləri yaranmışdır. Bu termindən ilk dəfə alman alimi, fəlsəfə və hüquq professoru Qotfrid Axenval (1719–1772) istifadə etmişdir. O, 1746-cı ildən əvvəlcə Marburq, sonra isə Qettinqen universitetlərində statistika adlandırdığı yeni fənni tədris etməyə başlamışdır. Statistikada alman təsviri məktəbinin əsasını qoyan Q. Axenvalın statistika haqqında baxışları müasir baxışlardan əhəmiyyətli dərəcədə fərqlənir. O, yeni tədris olunan fənnin məzmununu dövlətlərin siyasi vəziyyətinin və diqqətəlayiq yerlərin təsvir edilməsi hesab edirdi. İngilis siyasi arifmetika məktəbinin yaradıcıları olan Con Braunt (1620–1674) və Vilyam Pettinin (1623–1687) elmi baxışları statistika haqqında müasir baxışlara daha yaxın olmuşdur. Təsadüfi deyil ki, K. Marks V. Pettini siyasi iqtisadın atası və statistikanın yaradıcısı adlandırmışdır.
Linqvistik antropologiya
Linqvistik antropologiya — dilin sosial həyata təsirini öyrənən fənlərarası bir elm sahəsi olub, Antropologiyanın mühüm bir qoludur. Ölməkdə olan dilləri sənədləşdirməklə öz fəaliyyətinə başlamışdır. Dilin quruluşu ilə istifadəsinin hər tərəfini əhatə edəcək bir formada son 100 ildə böyümüşdür. Linqvistik antropologiya, dilin ünsiyyəti necə formalaşdırdığını, sosial identiklik ilə qrup üzvlüyünün necə tənzimlədiyini, müştərək mədəni inancları və ideologiyanı necə təşkil etdiyini və sosial və təbii dünyanın müştərək mədəni təmsilini necə inkişaf etdirdiyini tədqiq edir.
Linqvistik tipologiya
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Linqvistik ekspertiza
Linqvistik ekspertiza — tətbiqi dilçiliyin bir sahəsi olub, hüquqi dilçiliyin, dil və hüquq qanunlarını, dili, cinayət araşdırmasını, məhkəmə və məhkəmə prosesinin məhkəmə kontekstində linqvistik biliklərin, o cümlədən metodların və anlayışların tətbiqidir. Məhkəmə kontekstində işləyən dilçilər üçün əsasən üç tətbiq sahəsini bilmək vacibdir: yazılı qanunun dilini başa düşmək; məhkəmə və məhkəmə proseslərində dil istifadəsinin başa düşülməsi və linqvistik sübutların təmin edilməsi; Məhkəmə dilçiliyinin intizamı homojen olmadığından bu sahənin müxtəlif sahələri üzrə bir sıra ekspert və tədqiqatçıların cəlb edilməsi. = Riayət edilməsi zəruri olan Qanunlar = Məhkəmə-linqvistik ekspertizalarının təyin edilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin[[1]] və "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun [[2]] tələblərinə riayət edilməsinin zəruriliyinə diqqət yetirmələri tövsiyə edilir[[3]]. == Hüquqi mətnlərin dili == Hüquqi mətnlərdə istifadə olunan dil və lüğət mürəkkəb xarakterə malikdir. Ona görə də yazılı qanunlar sadə insanlar arasında ünsiyyət problemləri yaradir. Məhkəmə dilçiləri bu məsələlərin necə yarandığını anlamaq üçün müvafiq mətnləri tədqiq edir, lazım olduğu halda məzmunun izahatlarını və ya tərcümələrini təqdim edirlər. Hüquqi mətnlərin dilinin bir sahəsi də ABŞ-də Miranda xəbərdarlığını əhatə edir. Bu xəbərdarlıqlar təqsirləndirilən şəxsə susmaq hüququnun olduğunu bildirir, çünki polis nəzarətində olduqları andan dedikləri hər şey məhkəmə qarşısında onlara qarşı istifadə edilə bilər və istifadə də olunur. Bu hüquqlardan xəbərdar olmaq üçün ingilis dilində müəyyən səviyyəyə malik olmaq lazımdır. == Hüquqi proseslərin dili == Hüquqi proseslərin dili çarpaz dindirmə, sübutların təqdim edilməsi, hakimin göstərişi, polis xəbərdarlıqları, məhkəmədə polis ifadələri, müsahibə üsulları, məhkəmədə sorğu-sual və cavab prosesi və digər sahələrdə — polis müsahibələrində olduğu kimi dili araşdırır.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. == Metodologiyası == Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. == Nümunə == Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.
Statistik analiz
Statistik analz — riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.
Statistik önəmlilik
Statistik önəmlilik — analiz olunan parametrin sırf təsadüfi yaranması ehtimalının çox kiçik olmasını göstərir. Bu göstərici önəmlilik testi ilə yoxlanılır. Əgər sıfır hipotezi həqiqətən doğru olarsa, onda statistik önəmlik onu redd etmək üçün qərar qəbuletmə ehtimalı kimi təyin olunur. Həll zamanı p qiyməti təyin olunur. Əgər p önəmlilik səviyyəsindən aşağı olarsa onda sıfır hipotezi inkar edilir. Önəmlilik səviyyəsi α ilə işarə olunur. Ən geniş yayılmış önəmlilik səviyyələri 10%, 5%, 1%, və 0,1%-dir. Əgər p-nin qiyməti α-səviyyəsindən aşağıda yerləşərsə onda sıfır hipotezi redd olunur. Belə nəticələr satistik önəmli adlanır. Əgər hadisənin mində birində təsadüfi baş verirməsi deyilirsə, onda nəzərdə tutulur ki, önəmlilik səviyyəsi 0,1%-dir.
Linqvistik relyativizm fərziyyəsi
Linqvistik relyativizm fərziyyəsi və ya Sapir–Vorf hipotezi — bir dilin quruluşunun onun danışanlarının dünyagörüşünə və baxışlarına, habelə onların idrak proseslərinə təsir etdiyini iddia edən fərziyyə. Bu fərziyyənin iki forması var: Sərt versiya: dil təfəkkürü müəyyən edir, buna uyğun olaraq linqvistik kateqoriyalar koqnitiv kateqoriyaları məhdudlaşdırır və müəyyən edir. Yumşaq versiya: dil yalnız təfəkkürə təsir edir, linqvistik kateqoriyalarla yanaşı, təfəkkürə ənənələr və bəzi qeyri-linqvistik davranış növləri də təsir edir. "Sapir–Vorf hipotezi" termini əslində yanlış adlandırmadır, çünki Edvard Sepir və Bencamin Vorf heç vaxt həmmüəllif olmayıblar və heç vaxt öz fikirlərini elmi fərziyyə kimi iddia etməyiblər. Fərziyyənin sərt və yumşaq variantlarının ortaya çıxması da sonrakı dövrlərə aiddir. Sepir və Vorf heç vaxt qəsdən belə fərqləndirmə etməsələr də, onların əsərlərində linqvistik relyativizm prinsipinin həm sərt, həm də yumşaq təsvirlərinə rast gəlmək mümkündür. Bəzi tədqiqatçıların fikrinə görə, fərziyyənin ilk müəllifi Sepir olmuşdur. Buna görə də hipotezin adlandırmasında onun adı birinci qeyd edilir. Linqvistik relyativizm prinsipi, həmçinin dil və düşüncə arasındakı əlaqə fəlsəfədən tutmuş psixologiya və antropologiyaya qədər müxtəlif elm sahələrinin marağına səbəb olmuş, ədəbi əsərlər və süni dillərin yaradılması üçün ilham mənbəyi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бородай С. Ю. Язык и познание: введение в пострелятивизм Arxiv surəti 3 yanvar 2020 tarixindən Wayback Machine saytında.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.
Cənubi Xəzərin statistik parametirləri
Azərbaycan linqvistik və mədəni mühiti
Azərbaycan linqvistik və mədəni mühiti — azərbaycanlıların və azərbaycanlılaşmış icmaların təşkil etdiyi mühit. Tarix boyunca Azərbaycan dili və mədəniyyətinin mövcud olduğu ərazi siyasi hadisələrlə bağlı olaraq daim dəyişikliyə məruz qalmışdır. Mühitin mədəni təsiri azərbaycanlılarla birlikdə yaşayan və ya onlarla əlaqələrə malik icmalarda hiss edilir. XIII–XIV əsrlərdə Azərbaycan dili sadəcə Azərbaycanın yox, İran, İraq və qismən Şərqi Anadolunun türklərinin ədəbi dili idi. Mehmed Fuad Köprülü qeyd edir ki, hal-hazırda Azərbaycan dili adlandırılan türk ədəbi dialekti tarixən Xorasandan Anadoluya, Qafqazdan Bağdada qədər yayılmışdı. Azərbaycan dilinin adlandırılması məsələsində belə bir fikir irəli sürülmüşdür ki, "Azərbaycan dili" adı bu dilin tarixi yayılma arealını əhatə etmir. Bu dil təkcə tarixi Azərbaycan ərazisində yox, Mərkəzi və Şərqi Anadolu, İran, İraq, Xorasan və digər ölkələrdə də mövcud olmuşdur. Qərbi Anadolu (Osmanlı) türk dili ilə Azərbaycan dili arasındakı sərhəd XIV əsrin II yarısında görülməyə başlanmışdır. Məhəmməd Ərgin bu sərhədi Samsun-Sivas-İskəndərun xəttində görür. Kiçik Asiyanı 2 hissəyə bölən bu xəttin şərq hissəsi Azərbaycan dilinin dialektlərinin yayıldığı ərazidir.
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders — DSM) — ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası. Amerika Psixiatriya Assosiasiyası (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yeniləndi. 1952 — DSM-I 1968 — DSM-II 1973 — DSM-II (homoseksuallıq ilə 6-cı təkrar buraxılış çıxarıldı) 1980 — DSM-III 1987 — DSM-III-R (R — revised) 1994 — DSM-IV 2000 — DSM-IV-TR (TR — ing.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.